İdman

“Real Madrid” Benzemaya əvəzləyici axtarır

“Real Madrid” klubu əsas qol silahı Kərim Benzema ilə müqaviləni 2024-cü ilin yayına qədər uzadacaq.

Fanat.az xəbər verir ki, bu barədə tanınan insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Bununla belə, o, “Kral klubu”nun indidən yeni forvard axtarışına hazırlaşdığını bildirib. Baş məşqçi Karlo Ançelotti Benzemanı əsas komandada yer alacağına zəmanət verdiyi yeganə oyunçu adlandırsa da, fransalının dekabrda 35 yaşı tamam olacaq.

Klub rəhbərliyi “Real”ın mərkəz hücumçusu mövqeyində Benzemaya layiqli alternativi olmadığını düşünür.

Bənzər yazılar

Back to top button