Hadisə

Həbs edilən sabiq icra başçısının Azərbayacana gətirilməsi ilə bağlı müraciət edildi

“Qubadlı rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib”.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib”, – məlumatda bildirib.

Xatırladaq ki, ötən gün mətbuatda Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyevin Polşada həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.

Bənzər yazılar

Back to top button