İqtisadiyyat

Bu qida məhsulu da bahalaşdı – Video

Duru yağların qiymətində kəskin bahalaşma var.

AzToday.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, satıcı Anar Əliyev deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı. Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və hər dəfə də qiymət 1 manata yaxın qalxır.

Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Back to top button