Bizim seçimHadisə

ABŞ-dan Bakıya dönən hüquqşunasın saxlandığı bildirilir

Amerikada ali hüquq təhsilini başa vurub, yenicə Bakıya dönən hüquqşunas Emin Aslanın saxlanıldığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları bildiriblər.

Məlumata görə, Emin Aslan günortadan sonra “Park Bulvar” alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfər tərəfindən saxlanılıb. Həmin şəxslər Emin Aslanın onlarla bərabər polisə getməsini istəyiblər.

Emin Aslanın konkret olaraq, hansı quruma aparılması barədə məlumat verilmir.

Yaxınları artıq olayla bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər. DİN-dən hüquqşunasın yaxınlarına əlavə bilgi verilməyib. Nazirliyin “102” xidmətindən ərizə ilə ərazi üzrə polisə müraciət olunması tövsiyyə olunub.

E.Aslana vəkil tutulduğu, vəkilin hüquqşunasın yerinin müəyyən edilməsi ilə bağlı çalışdığı bildirilir.

Hüquqşunas Emin Aslan son 6-7 il ərzində əsasən, müxtəlif QHT-lərlə, beynəlxalq təşiklatlarla əəməkdaşlıq edib.

2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb, işləyib. İki ilə əvvəl isə ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.

Emin Aslan 3 gün əvvəl Bakıya dönüb.

Bənzər yazılar

Back to top button