İqtisadiyyat

Azərbaycan dizeli qaçaq yollar ilə xaricə daşınır

Azərbaycandan dizelin xaricə qaçaqmal şəkilində aparılması halları artıb.

2019-cu il ərzində gömrük orqanları tərəfindən dizel yanacağının xaricə qaçaqmal aparılması ilə əlaqədar 17 fakt qeydə alınmışdır.

“Marja”nın Dovlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onlardan biri üzrə materiallar toplanaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, on iki fakt üzrə inzibati xəta haqqıda iş üzrə icraat başa çatdırılmış, dörd fakt üzrə isə hazırda icraat davam etdirilir.

Hüquqpozma predmeti qismində saxlanılan dizel yanacağının həcmi 2 milyon 970 min 770 litr təşkil etmişdir.

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Dizelin qaçaq yollarla ölkə xaricinə daşınması rəsmi ixracın azalmasına və dövlətin valyuta gəlirləri itkisinə səbəb olur.

Bənzər yazılar

Back to top button