Cəmiyyət

Cümə günü yağış yağacaq

Oktyabrın 7-də Bakıda və Abşeronda yağıntı və güclü şimal-qərb küləyi gözlənilir. Xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb. Havanın temperaturu gündüz 22-24 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz şimşək çaxacağı, yağış yağacağı, güclü qərb küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu aran rayonlarında 23-28 dərəcə, dağlarda 13-17 dərəcə təşkil edəcək.

Bənzər yazılar

Back to top button