ManşetÖnə çıxanlarSiyasət

AŞPA-da Azərbaycan nümayəndə heyətinin tərkibində dəyişiklik

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin tərkibində dəyişiklik edilib: deputatlar Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinə daxil edilib.

Onlar Vüsal Hüseynov və Rövşən Rzayevi əvəz edəcəklər. Belə ki, V.Hüseynov Dövlət Miqrasiya Xidmətinin, R. Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəisi təyin ediliblər.

Bu barədə Turan-a Ç.Qənizadə məlumat verib. O bildirib ki, nümayəndə heyətinin yeni üzvləri AŞPA-nın iyun sesiysında işirak edəcəklər.

Qeyd edək ki, yanvarda da Azərbaycan nümayəndə heyətinin tərkibində dəyişiklik edilmişdi. Belə ki, Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin yerinə nümayəndə heyətinə Asim Mollazadə, Ülviyyə Ağayeva və Elşad Həsənov daxil edilib.

E.Süleymanov və M.Məmmədovun AŞPA-da baş vermiş korrupsiya qalmaqalında adları keçir. Onların adları AŞPA Bürosu tərəfindən təyin edilmiş müstəqil istintaq qrupunun hesabatına düşüb. Onlar Azərbaycan hakimiyyətinin xeyrinə qərarların qəbulu üçün assambleya deputatlarının ələ alınmasına cəlb olunublar. Onlar komissiyaya ifadə verməkdən imtina ediblər. Bundan sonra Strasburqa getməyiblər.

Bir qədər sonra korrupsionerlərin siyahısına nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun da düşüb. Mayın 15-də AŞPA Prosedur Qaydaları Komitəsi S.Səmədov da daxil olmaqla, assambleyanın 4 üzvünə qarşı sanksiya tətbiq edib. O, iki il ərzində AŞPA-da məruzəçi ola, seçkilərin monitorinqində iştirak edə bilməz, komitə və alt komitəyə sədr seçilə bilməz, üçüncü tərəfin tədbirlərində assambleyanı təmsil edə bilməz, AŞ Nazirlər Komitəsinə sorğu göndərə bilməz. Ancaq assambleyanın işində iştirak edə bilər.

Qeyd edək ki, nümayəndə heyətinin yeni üzvü N.Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məmmədəmin Rəsulzadənin barəsində təhqiramiz ifadə işlətmişdi. Bu, ictimaiyyətdə böyük narazılığa və qınağa səbəb oldu. Bundan sonra N.Həmzəyev sözlərinin təhrif edildiyini bildirib.

Bənzər yazılar

Back to top button