Siyasət

Kəlbəcər və Daşkəsən rayonlarında daha 150 mina zərərsizləşdirilib

Azərbaycan Silahlı Qüvvələrinin sapyorları 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan qoşunlarının Kəlbəcər və Daşkəsən rayonlarında yerləşdirdiyi 150 minanı aşkar edərək zərərsizləşdiriblər.

« Kəlbəcər rayonu ərazisində 79 ədəd PMN-E tipli piyada əleyhinə mina, 2 ədəd TM-62M tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd PMN-E tipli piyada əleyhinə mina və 4 ədəd OZM-72 tipli piyada əleyhinə qəlpəli mina zərərsizləşdirilib”, – hərbi idarənin məlumatında deyilir.

Xatırladaq ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda istehsal olunan mindən çox mina zərərsizləşdirilib. Turan.az

Bənzər yazılar

Back to top button