İdman

Kriştiano Ronaldo: “Real”la müqavilə bağlamayacam”

Kriştiano Ronaldo “Real” azarkeşlərini məyus edən açıqlama verib. Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz “Kral Klubu” ilə müqavilənin müddətini uzatmayacağını bildirib.

“Tottenhem” matçından sonra açıqlama verən Ronaldo “Real”da işlərim yaxşı gedir. 4 illik müqaviləm var. Onu yeniləmək istəmirəm” deyib.

Portuqaliyalı futbolçu komandanın son dövrlər uğursuz çıxışından da danışıb: “Pepe, Morata, Rodriges kimi futbolçularımız getdi, təcrübəsiz oyunçular gəldi. Onlarla daha güclü idik”.

Özünə qarşı olan tənqidlərə isə futbolçu belə reaksiya verib: “Haqqımdakı tənqidləri dinləmirəm. Statistikadan danışmağa ehtiyac yoxdu. Çox maraqlıdısa, “Google”də “Kriştiano Ronaldo qolları” yazın. Hamısını orda görəcəksiniz. Böhranda deyilik. 3-4 matçda uduza bilərik, amma qazandıqlarımızı da unutmayın”.

Bənzər yazılar

Back to top button