Cəmiyyət

İnzibati məsuliyyətə cəlbetmə müddəti 4 ayadək uzadılır

Azərbaycanda inzibati məsuliyyətə cəlbetmə müddəti 3 aydan 4 aya artırılır.

Oktyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklər inzibati məsuliyyət və inzibati cərimələrin ödənilməsilə bağlı məsələlərin təkmilləşdirilməsi məqsədilə təklif edilib.

Layihəyə əsasən, bəzi hallarda müvafiq protokollardan, qərarlardan şikayətlərin verilməsi və onlara baxılması üçün 3 ay müddət kifayət etmir. Bu müddət keçdikdən sonra təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək mümkün olmur. Bununla əlaqədar inzibati məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 4 ayadək artırılması təklif olunur.

Bənzər yazılar

Back to top button