Dünya

Bayden: “Nüvə müharibəsi riski “62-ci il böhranı”ndan bu yana ən yüksək riskdir”

Cümə axşamı ABŞ prezidenti Co Bayden bildirib ki, nüvə müharibəsi riski 1962-ci il Kuba raket böhranından bəri ən yüksək riskdir. Belə ki, Kreml rəsmiləri Ukraynaya səkkizaylıq hücumun gedişində kütləvi uğursuzluqdan sonra taktiki nüvə silahından istifadənin mümkünlüyündən danışırlar.

Bayden qeyd edib ki, Vladimir Putini yaxşı tanıyır, o, “taktiki nüvə silahı, bioloji və ya kimyəvi silahlardan istifadə barədə danışarkən zarafat etmirdi”.

“Biz Kuba raket böhranından bu yana nüvə fəlakəti perspektivilə üzləşməmişik” və Putin tərəfdən təhlükə realdır. Eyni zamanda Bayden xəbərdarlıq edib ki, taktiki nüvə silahından istifadə tez bir zamanda nəzarətdən çıxa və qlobal müharibəyə səbəb ola bilər.(Turan)

Bənzər yazılar

Back to top button