Dünya

Yaponiyada Putin adına sambo kuboku keçiriləcək

Yaponiyada Rusiya Prezidenti Vladimir Putin adına Sambo Kuboku keçiriləcək.

Qaynarinfo xəbər verir ki, döyüş sambosi ilk dəfə yarış proqramına daxil ediləcək.

Ümumilikdə yarışlarda doqquz çəki dərəcəsində yüzə yaxın idmançı iştirak edir. Qaliblər A. A. Xarlampiyevin xatirəsinə həsr olunmuş Sambo Dünya Kubokunda iştirak edə biləcəklər.

“Sambonun olimpiya idman növlərinə daxil olması üçün dünyada sambonun geniş yayıldığını sübut etmək lazımdır. Bunun üçün döyüş sambosunu yarış proqramına daxil etmək lazım idi”, – çempionatın təşkilat komitəsinin sədri Asai Nobuyuki deyib.

Bənzər yazılar

Back to top button