Siyasət

Turan-ın redaktorunun Ermənistana səfəri haqqında

1-5 fevral tarixləri arasında Turan agentliyinin redaktoru Şahin Hacıyev bir sıra reportajlar və müsahibələr hazırlamaq üçün Ermənistana ezam edilib.

Həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınmışdı. Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşaiyət edən Gürcüstanlı və Rusiyalı assistentlərə jurnalist akkreditasiyası vermişdi.

Yerevana səfəri çərçivəsində Turan-ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.

Gələcək günlərdə yayımlanacaq video və yazılı reportajların mövzusu Qarabağ nizamlanması məsələləri, regiondakı vəziyyət olacaq.

Bu materiallar Turan agentliyinin saytında və Contact saytında dərc ediləcək.

Turan agentliyi jurnalistlərdən redaktorumuzun səfərinin məqsədi və mahiyyəti barədə bu informasiyadan istifadə etməyi xahiş edir.

İsrarla bu səfərin məqsədləri haqqında məlumatı təhrif etməməyinizi və məlumat əlavə etməməyinizi xahiş edirik.

Bənzər yazılar

Back to top button