İdman

El-Klasiko: “Real Madrid” liderliyə yüksəldi

İspaniya La Liqasında XVI turun mərkəzi görüşü “Real Madrid” və “Barselona” komandaları arasında keçirilib.

“Report”un məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

İlk qolu 71-ci dəqiqədə Vinicius Junior vurub. Son nöqtəni isə 90+2-ci dəqiqədə Mariano Dias qoyub.

Bu qələbə sayəsində xalını 56-ya çatdıran “Real Madrid” liderliyə yüksəlib. 55 xalı olan “Barselona” isə 2-ci pilləyə enib.

Bənzər yazılar

Back to top button