“İlk 20 dəqiqədə uduzduq” – Qurban Qurbanov

Print Friendly, PDF & Email

“İlk növbədə qələbə münasibətilə Qazaxıstan millisini təbrik edirəm. Komandamızın problemlərini futbolçularımıza deyəcəm. Qazaxıstan yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlansaq da, bu, mənim gözlədiyim oyun deyildi”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla səfərdə keçirilən yoxlama oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.

– Qazaxıstan millisi sizi nə ilə təəccübləndirdi?

– Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil.

– Komandanız erkən qol buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?

– Komandamızın buna hazır olduğunu desəm, inanmayacaqsınız. Ancaq biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızda bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.

– İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?

– Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir.

– Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?

– Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.

– Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstan millilərini müqayisə edərdiniz?

– Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması xeyli güclüdür