Hadisə

Kəlbəcər yolunda ağır qəza – Ölən və yaralananlar var

Ötən gecə Göygöl rayonu ərazisində – Toğanalı-Kəlbəcər yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yeni Zod kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən Firdovsi Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Bayram Mamedov, həmçinin sərnişinlər Elgün Hüseynli və Halay Tahirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncədə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bənzər yazılar

Back to top button