Hadisə

Sərnişin avtobusu piyadanı vurdu – VİDEO

Bakının Nəriman Nərimanov rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Təbriz küçəsində 202 saylı marşrut avtobusu yolu keçmək istəyən 44 yaşlı Saleh Əhmədovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Hadisəni törədən sürücü isə saxlanılaraq polisə aparılıb. Faktla əlaqədar araşdırma davam edir.

Bənzər yazılar

Back to top button