İdman

“Real”ın baş məşqçi postuna əsas namizəd açıqlandı

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino və “Hoffenhaym”ı çalışdıran 30 yaşlı Julian Naqelsmanndan yox cavabı alan “Real” baş məşqçi axtarışlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, İspaniya mediası hazırda bu posta əsas namizəd olan mütəxəssisin adını açıqlayıb. İddialara görə, hazırda “Real” rəhbərliyinin maraq dairəsində olan mütəxəssis “Yuventus”un baş məşqçisi Massimiliano Allegridi.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2014-cü ildən Turin klubuna başçılıq edir. Komanda onun rəhbərliyi altında 4 dəfə A Seriyasını, 4 dəfə İtaliya Kubokunu, 1 dəfə ölkə Super Kubokunu qazanıb, 2014/15 və 2016/17 mövsümlərində Çempionlar Liqasında final oynayıb.

Bənzər yazılar

Back to top button