İdman

Umar Sadik Nigeriya millisinin düşərgəsini tərk etdi – SƏBƏB

“Real Sosyedad”ın hücumçusu Umar Sadik Afrika Millətlər Kubokuna hazırlaşan Nigeriya millisinin düşərgəsini tərk edib.

Fanat.az sözügedən yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdə zədələnən forvard seçmənin düşərgəsindən ayrılmaq məcburiyyətində qalıb.

26 yaşlı Sadikin əvəzinə yığmaya “Trabzonspor”un 29 yaşlı forvardı Pol Onuaçu dəvət olunub.

Xatırladaq ki, “Real Sosyedad” Umarı 2022-ci ilin yayında, 20 milyon avroya “Almeriya”dan alıb.

Bənzər yazılar

Back to top button