Binəqədinin yeni icra başçısı Kapital Bank-ın sədrinin qardaşıdır

Print Friendly, PDF & Email

Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Elşən Allahverdiyevin qardaşıdır.

Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb.

Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.