İdman

“Çelsi” Lukaku ilə bağlı qərarını dəyişdi – SON DURUM

“Çelsi” rəhbərliyi komandanın belçikalı hücumçusu Romelu Lukaku ilə bağlı qərarını dəyişib.

Fanat.az xəbər verir ki, informasiyanı “The Athletic” yayıb.

Xəbərə görə, bu yay 30 yaşlı forvardı icarəyə götürmək istəyənlərə “yox” deyən “zadəganlar” artıq Romelunun icarəyə göndərilməsinə də razıdır. Mənbə London təmsilçisinin sonradan Lukakunun transfer hüquqlarına yiyələnməklə bağlı öhdəlik götürən klubların təklifinə açıq olduğunu vurğulayıb. “Çelsi”nin yay transfer pəncərəsi bağlanana qədər Belçika millisinin forvardından qurtulmağı hədəflədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında Milan “İnter”ində keçirib.

Bənzər yazılar

Back to top button