GündəmSiyasət

Prezident İlham Əliyev Pakistanın Quru Qoşunları komandanını qəbul edib

Noyabrın 1-də dövlət başçısı İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.

Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının davamlı dəstəyini yüksək qiymətləndirib və İkinci Qarabağ müharibəsi zamanı Pakistanın siyasi dəstəyinə görə minnətdarlığını bildirib.

Əliyev iki ölkə arasında hərbi sənaye sahəsində uğurlu əməkdaşlığı və iki ölkə hərbi qulluqçularının birgə hərbi hazırlığının vacibliyini qeyd edib.

O deyib ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir.

Öz növbəsində Asim Munir İkinci Qarabağ Müharibəsində və bu ilin sentyabrında antiterror əməliyyatında qələbə münasibətilə Azərbaycanı təbrik edib. Onun sözlərinə görə, bu, Pakistanda böyük sevinclə qarşılanıb. O həmçinin Cəmmu və Kəşmir məsələsində dəstəyə görə minnətdarlığını bildirib. Bu barədə Azərbaycan prezidentinin saytındakı məlumatda deyilir.

Bənzər yazılar

Back to top button