İqtisadiyyat

BNA: İctimai nəqliyyatda metodiki göstərişlərə uyğun addımlar atılır

İctimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdən irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər planı hazırlanıb və buna uyğun olaraq addımlar atılmaqdadır.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda qeyd edilib ki, bu çərçivədə daşıyıcılara da məktub ünvanlanıb və onların qarşısında tapşırıqlar qoyulub:

“Eyni zamanda göstərişlərdə əksini tapan bir çox məsələlərin həlli ilə bağlı əvvəlcədən BNA tərəfindən tədbirlər görülüb. Avtobuslarda, dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində sosial məsafənin qorunması, maska taxılmasını və piyada gəzməyi təşviq edən maarifləndirmə materiallarının yerləşdirilməsi ilə bağlı da tədbirlər həyata keçirilir. Hələ pandemiyanın ilk günlərində əhalinin sanitar-gigiyenik maarifləndirməsi işləri çərçivəsində bu sadalanan istiqamətlərdə ciddi işlər görülüb”.

Bənzər yazılar

Back to top button