Cəmiyyətİqtisadiyyat

Siqaretlər bahalaşacaqmı ?

Azərbaycanda istehsal olunan siqar və siqarillalara (nazik siqar) verginin artırılması ölkədə tütün məmulatı bazarına ciddi təsir etməyəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər iyunun 12-də parlamentin növbədənkənar iclasında müzakirə olunacaq:

“Əgər dəyişikliklər qəbul edilsə, bu, tütün məmulatları bazarına ciddi təsir etməyəcək. Bu gün ölkədə tütün bazarının 0,1-0,2 faizi siqar və siqarillaların payına düşür. Onlar daha yüksək tütün sinfinə daxildir və kütləvi istehlak məhsulu deyil”.

Qeyd edək ki, nəzərdə tutulmuş dəyişikliklərə əsasən Azərbaycanda istehsal olunan hər min siqar və siqarilladan 20 manat vergi tutulacaq. Hazırda bu məbləğ 10 manat təşkil edir.

Bənzər yazılar

Back to top button