Bizim seçimGündəmManşet

Prezident və xanımı Goranboyda (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gedib.

AzToday.az xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.

Daha sonra Prezident Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlət başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib. Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Prezident xəstəxanada yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı bu tibb ocağının kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.


Bənzər yazılar

Back to top button