Dünya

Elon Mask bir gündə 10 milyard dollar qazandı

Tesla və SpaceX-in qurucusu Elon Mask gün ərzində təxminən 10 milyard dollar qazanıb.

Qaynarinfo xəbər verir ki, hazırda onun var-dövləti 96,5 milyard dollar qiymətləndirilir. O, Forbes Real-Time reytinqinin beşinci pilləsində qərarlaşıb.

Bunun səbəbi 17 noyabrda “Tesla”nın səhm başına qiymətdəki artımdır – onların dəyəri 9% artaraq hər səhm üçün 444,47 dollara çatıb.

Bu sıçrayış Tesla səhmlərinin Amerikanın 500 ən böyük şirkətinin səhmlərinin daxil olduğu SP 500 İndeksinə daxil olacağı xəbərindən sonra baş verib.

Bənzər yazılar

Back to top button