Azərbaycan Prezidenti: Biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk

Print Friendly, PDF & Email

“Biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk”.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı keçənilki məclisdən ötən dövr ərzində bir neçə önəmli hadisəni qeyd edib:

“Bu hadisələr doğrudan da tarixi xarakter daşıyır. Onlardan biri Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirməyimizdir. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakıda təntənəli şəkildə qeyd edildi. Bu il isə biz Xəzər dənizinin ən böyük ticarət limanının açılışını qeyd etdik. Beləliklə, ölkə qarşısında nəqliyyat sahəsində duran məsələlərin böyük hissəsini həll etmiş olduq”.

Prezident əlavə edib ki, bu tarixi layihələr bundan sonra uzun illər Azərbaycanın uğurlu inkişafını təmin edəcək:

“Keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən bir gün sonra Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu da böyük tarixi nailiyyətdir, tarixi layihədir. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək”.

İlham Əliyev bildirib ki, bir neçə gündən sonra Türkiyənin Əskişəhər şəhərində TANAP-ın rəsmi açılışı olacaq:

“Bu da böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk. Əminəm ki, bundan sonra da Azərbaycan inamla və uğurla inkişaf edəcək”.