Hadisə

“Dadaş Bünyadzadə”ni yenə sel apardı

Fotolarda gördüyünüz yer Bakının Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsidir.

Qaynarinfo xəbər verir ki, dünəndən başlayan yağış küçədə hərəkəti iflic edib.

Ərazidə yerləşən iaşə obyektlərini su basıb, mağazalar, maşınlar sel-suyun altında qalıb.

Sakinlər deyir ki, hər dəfə yağış yağanda burada vəziyyət belə olur.

Onların sözlərinə görə, bu problem illərdir həll edilmir. Vətəndaşların deyir ki, yağış sularını kanalizasiyaya axıtmaq üçün su nasoslarından istifadə edirlər. Amma indi yeni tikilən binalara görə su nasoslarını söndürürlər və nəticədə də belə durum yaranır.

Bənzər yazılar

Back to top button