İdman

Ronaldo son qərarını verdi: “Real”dan gedir

Kriştiano Ronaldo “Real”la bağlı yekun qərarını verib.

Fanat.Az “Record”a istinadən xəbər verir ki, portuqaliyalı ulduz “Kral Klubu”nu tərk etmək qərarına gəlib.

İddiaya görə, Ronaldo klub prezident Florentino Peres və baş direktor Xose Anxel Sançesi hərəkətlərindən narazıdı. Bugünlərdə hər iki şəxs futbolçunun maliyyə istəklərini təmin edə bilməyəcəklərini portuqaliyalı forvardın agenti Xorxe Mendeşə bildiriblər.

Qeyd edək ki, mətbuatda PSJ-nin Ronaldoya illik 45 milyon avro maaş ödəməyə hazır olduğu yazılıb. Onunla həmçinin “Mançester Yunayted” də maraqlanır.

Bənzər yazılar

Back to top button