Daha bir ölkə qərar verdi: plastikdən imtina edir

Print Friendly, PDF & Email

Hindistanın baş naziri Narendra Modi ölkəsinin 2022-ci ilə qədər plastikdən imtina edəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 1,3 milyard əhaliyə sahib Hindistanın bu qərarı böyük addım hesab edilir. Modi açıqlamasında “Plastik çirklənməsinə qarşı birlikdə mübarizə aparmaq və planeti yaşamaq üçün daha əlverişli yerə çevirmək üçün bir araya gələk” çağırışını edib.

Qeyd edək ki, hazırda 50-dən çox ölkə plastikdən imtina etmək məqsədilə işlər görür. Gələcəkdə plastiki təbiətdə parçalana bilən digər materialların əvəz etməsi gözlənilir.

Hər il milyonlarla ton plastik tullantı dənizlərə daxil olur, təbiətə qarşı böyük təhlükə törədir. 2050-ci ilə qədər sularda balıqdan çox plastikin olması gözlənilir.