Cəmiyyət

“Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür” – Millət vəkili

“Harada “ki” gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada gəldi durğu işarələrindən istifadə etmək olmaz”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

Onun sözlərinə görə, durğu işarələrinin azaldılmasın ehtiyac var:

“Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür. Məsələn, feili bağlamalardan sonra vergülün qoyulması bizdə dəb halını alıb. Odur ki, dil səhvlərinə çox kəskin yanaşmalıyıq”.

Bənzər yazılar

Back to top button