İqtisadiyyat

Bu il Azərbaycanın ümumi ixracı 20 milyardı keçib

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb. Məlumata görə qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artaraq 2 milyard ABŞ dolları olub. Eyni dövr üçün yeyinti məhsulları üzrə ixrac isə 520 milyon ABŞ dolları təşkil edib. Elektrik enerjisi ixracı 5,5 dəfə, spirtli və spirtsiz içki ixracı 4,4 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 46,6% artıb. Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6% artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində mühüm yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Bu ilin iyul ayının qeyri-neft ixracı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları olub. Eyni dövr üzrə yeyinti məhsulları ixracı 60,1 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları ixracı isə 173,2 milyon ABŞ dollarına bərabər olub.

Bənzər yazılar

Back to top button