Hadisə

Şamaxıda mikroavtobus aşıb: çox sayda yaralı var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzToday.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button