Dünya

Ukrayna NATO-ya üzv olmaq üçün müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski cümə günü bildirib ki, Kiyev sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edir. NATO-ya üzvlüklə bağlı qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının sentyabrın 30-da keçirilən iclasından sonra qəbul edilib.

“De-fakto, biz artıq NATO-ya yol almışıq. De-fakto, biz artıq alyansın standartlarına qarşılıqlı uyğunluğu sübut etmişik, onlar Ukrayna üçün realdır – döyüş meydanında və qarşılıqlı fəaliyyətimizin bütün aspektlərində realdır”, – prezident bildirib.

“Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq. Bu, De-fakto аlyansdır. Bu gün Ukrayna bunu de-yure etmək üçün sürətləndirilmiş şəkildə müraciət edir”, – Zelenski vurğulayıb.

“Biz bunun mümkün olduğunu bilirik. Biz gördük ki, Finlandiya və İsveç bu il Üzvlük Fəaliyyət Planı olmadan alyansa qoşulmağa başladılar”, – o əlavə edib.

Zelenski həmçinin bildirib ki, Ukrayna “Rusiyaya həmişə bərabər, dürüst, ləyaqətli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edib”.

“Aydındır ki, bu Rusiya prezidenti ilə bu mümkün deyil. O, ləyaqət və dürüstlüyün nə olduğunu bilmir. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma Rusiyanın başqa prezidenti ilə”, – o deyib.(Turan)

Bənzər yazılar

Back to top button