Siyasət

İran diversiyaçıları Qarabağa keçib?

Son iki gündür Azərbaycanın bir sıra hökumətyönlü saytları və telekanalları foto və videokadrlar yayaraq, İranın erməni separatçıları dəstəkləmək üçün öz diversiyaçılarını Qarabağa göndərdiyini iddia edir.

Elə həmin mənbələr noyabrın 24-də Laçın Dəhlizi ilə Ermənistandan Qarabağa keçən 14 iranlının adını dərc edib. “Onlar Rusiya sülhməramlıları tərəfindən terror-diversiya təlimləri keçmək üçün qanunsuz olaraq buraxılıblar və hazırda Xankəndindədirlər”, deyə bu KİV-lərin məlumatlarında bildirilir.

Azərbaycanın rəsmi qurumları şərh vermir. Aydındır ki, dərc edilən məlumatlar kəşfiyyat məlumatlarıdır və yalnız müvafiq orqanlardan sıza bilərdi.

Burada təkcə Tehranın düşmənçilik siyasəti deyil, həm də Rusiya sülhməramlılarının təxribat xarakterli davranışı ifşa olunur.

Bu məlumatlar fonunda Laçın Dəhlizinə girişdə sərhəd nəzarət məntəqəsi yaratmaq çağırışları daha tez-tez səslənir. Təkcə ekspertlər deyil, Azərbaycan Milli Məclisinin deputatları da bu tələblə çıxış edirlər.(Turan)

Bənzər yazılar

Back to top button