Siyasət

“Uzunmüddətli atəşkəs mümkün deyil” – “Mətnin altında da kimsənin imzası yoxdur”

“Uzunmüddətli atəşkəsin baş tutacağı mümkün görünmür, humanitar ola bilər, beynəlxalq hüquqda bu nəzərdə tutulub. Çünki onu mümkünsüz edən sistem amilləri var”.

Bu fikirləri deputat Erkin Qədirli bildirib.

Millət vəkili qeyd edib ki, Moskva razılaşması ilə Bişkek anlaşmasını müqayisə etmək yersizdir: “Ordumuz həm şimaldan, həm də cənubdan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQVM) ərazisinə girib. Üstəlik, Murovu götürüb. Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək. Ermənilər bizi keçmiş DQMV-nin ərazisindən çıxarmağa, ordumuz isə onun içinə daha dərinə getməyə çalışacaq”.

Erkin Qədirli vurğulayıb ki, Moskvada 10 saatlıq görüşdən sonra belə yüngül, dəfələrlə işlədilmiş sözlərdən ibarət bir mətn çıxıbsa, deməli əsas məsələləri razılaşdıra bilməyiblər: “Həmin mətnin altında da kimsənin imzası yoxdur”.

Bənzər yazılar

Back to top button