Xəbərlər

Azərbaycan İtaliyadan reaktiv təyyarə aldı – FOTO

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri üçün yeni təyyarənin təqdimatı keçirilib.

AzToday.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, mayın 10-da Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.

Bənzər yazılar

Back to top button