Bizim seçimİqtisadiyyatMədəniyyət

Kəmaləddin Heydərov Bakıda ən böyük kitab mağazasını açıb

İyunun 8-də LIBRAFF kitab mağazaları şəbəkəsi paytaxtda Hüseyn Cavid prospekti, 29 ünvanında ən böyük kitab mağazasını açıb.

Bu şəbəkə 2017-ci ildə yaradılıb və Avropa Azərbaycanlıları Təşkilatının (TEAS) bir qoludur.

Təxminən 400 kv metr sahəsi olan yeni mağazada təkcə kitab almaq deyil, həm də bir fincan qəhvə içmək olar, burada Azərbaycan, rus, ingilis və türk dillərində elm və ədəbiyyatın müxtəlif sahələrinə aid kitablar sərgilənib.

Tarix mövzusunda monoqrafiyalara xüsusi diqqət yetirilib. Xüsusən, bu gün mağazada Azərbaycan Xalq Cümhuriyyətinə və onun banilərinə aid çoxsaylı nəşrlər təqdim olunub.

Sərgilənən kitabların əksəriyyəti bu gün təkcə Azərbaycanda deyil, həm də qonşu Türkiyədə nəşriyyat işinin lideri olan TEAS Press nəşriyyatı tərəfindən buraxılıb.

LIBRAFF-da təqdim olunan nadir və ən dəyərli nəşrlər arasında Osmanlı arxivlərindən sənədlər məcmusunu və Məmməd Əmin Rəsulzadənin 1923-27-ci illərdə İstanbulda dərc etdiyi “Yeni Kafkasya” jurnalının bütün nömrələrini göstərmək olar.

Rövşən Hüseynov

AzToday.az

Bənzər yazılar

Back to top button