AnalitikaİqtisadiyyatManşetÖnə çıxanlar

Milli Onkologiya Mərkəzinin yeganə təchizatçısı onun direktor müavinidir

Bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb. Turan agentliyi xəbər verir ki, şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kəmaləddin Qafarova məxsusdur http://www.binegedi-ih.gov.az/page/231.html.

Dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb. Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb. Bundan əlavə, “Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).

Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi. Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur.

“Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib. Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.

Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir.

Bənzər yazılar

Back to top button