İdman

“Real”dan iki transfer: 85 milyon avro

“Real” iki gənc braziliyalı futbolçunu transfer etmək istəyir.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu 17 yaşlı futbolçular – Rodiqo Qoes və Viniçius Juniora elçi düşüb. Məlumata görə, “Real”ın Viniçius üçün “Flamenqo”ya 45, Rodiqo üçün “Santos”a 40 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, Rodiqo bu il meydana çıxdığı 15 rəsmi matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Viniçius isə 14 rəsmi qarşılaşmada 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button