İlham Əliyev: “Təcavüzə son qoyulması üçün beynəlxalq birlik heç bir tədbir görməyib”

Print Friendly, PDF & Email

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı sammitinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, məktubu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Məktubda deyilir ki, Avropada müxtəlif siyasi partiyaları özündə birləşdirən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı nüfuzlu təşkilatdır: “Qurumun bəyan etdiyi suverenlik, zəngin tarixi ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin inkişafı istiqamətində ciddi maneə olaraq qalmaqdadır. Ermənilər 20 faiz torpaqlarımızı işğal edib və 1 milyondan çox insan evlərindən ayrı düşüb. Təcavüzə son qoyulması üçün beynəlxalq təşkilatlar tərəfindən heç bir tutarlı addım atılmayıb. İnanıram ki, toplantı yüksək işgüzarlıq səviyyəsində keçəcək, sülh və əmin-amanlığın təmin olunmasına xidmət edəcək”.