Dünya

Məmurun evini xidmətçisi soydu: 150 min dollar aparıb

Ümumrusiya ətraf mühiti müdafiə elmi-tədqiqat institutunun deroktor müşaviri Sergey Kretovun evini soyublar. Bu haqda “Komsomolskaya pravda” qəzeti yazıb.

Bizimyol.info xəbər verir ki, məmurun Moskvra ətrafındakı evini xidmətçinin soyduğu üzə çıxıb. Hadisə Kretov ezamiyyətdə olanda baş verib. 52 yaşlı direktor müşaviri Barvixadakı imarətinə qayıdanda pəncərələri açıq görüb. Əvvəlcə bunu həyat yoldaşı Olqanın unutqanlığının ayağına yazıb. Amma sonra evdən zinət əşyalarının yoxa çıxdığı məlum olub. “Tiffany” brilyant üzüyü, “Carrera” sırğalarını yerində tapmayıblar.

Polisin araşdırması zamanı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, evin xidmətçisi oğurluq olan gün doğulduğu şəhərə gedib. Zəngin adamların yaşadığı Barvixa ciddi qorunduğundan, kamera görüntüləri də işə yarayıb. Qadın hələ həbs olunmayıb, amma cinayət məsuliyyətinə cəlb ediləcəyi dəqiqdir. Xidmətçi məmura təxminən 10 milyon rubl (150 min dollar) ziyan vurub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button