İdman

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi “Traktorsazi”də

“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşak Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi”yə baş məşqçi təyin edilib.

Fanat.Az Təbriz klubunun saytına istinadən xəbər verir ki, uelsli mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, mövsüm başa çatandan sonra komandanı tərk edən Ertoğrul Sağlamı əvəzləyib.

Qeyd edək ki, Toşak 2013-cü ildə “Xəzər Lənkəran”a başçılıq edib və Azərbacan Super Kubokunu qazanıb. 69 yaşlı mütəxəssis məşqçi karyerası ərzində İngiltərənin “Suonsi”, İspaniyanın “Real” (2 dəfə), “Real Sosyedad” (3 dəfə), “Deportivo”, “Mursiya”, Fransanın “Sen-Etyenn”, İtaliyanın “Kataniya”, Portuqaliyanın “Sportinq”, Türkiyənin “Beşiktaş” və Mərakeşin “Vidad” klublarını, həmçinin Uels (2 dəfə) və Makedoniya millilərini çalışdırıb.

Bənzər yazılar

Back to top button