İdman

“Uzun müddət oynayacağımı düşünmürəm” – Messi

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi futbolçu karyerasının mümkün sonu haqda danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı oyunçu “Mundo Deportivo”ya açıqlamasında deyib: “Mən futbolu sevirəm, sadəcə oynamağı və əylənməyi sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır. Əminəm ki, futbolçu karyeramı başa vurduqdan sonra həyatım da bu oyunla bağlı olacaq. Uzun müddət oynayacağımı düşünmürəm”.

Qeyd edək ki, Lionel Messi 7 dəfə “Qızıl top”u qazanıb. O, bu göstərici üzrə rekordçudur.

Bənzər yazılar

Back to top button