Siyasət

Ermənistan-Azərbaycan sərhədindəki insident Aİ missiyasının səmərəsiz olduğunu göstərib – RF XİN

Sentyabrın 1-də Ermənistan-Azərbaycan sərhədində erməni hərbiçilərin həlak olması ilə nəticələnən insident Avropa İttifaqının Ermənistandakı missiyasının səmərəsiz olduğunu bir daha sübut edir. Bu barədə çərşənbə axşamı RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

“Sotk kəndində erməni hərbiçilərin ölümü ilə əlaqədar başsağlığı veririk və tərəfləri gərginliyə, xüsusən də insan tələfatına gətirib çıxaran hərəkətlərdən çəkinməyə çağırırıq. Bu faciəvi hadisə bir daha Avropa İttifaqının Ermənistandakı missiyasının səmərəliliyinin az olduğunu təsdiq edib”, deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, RF Rusiyanın yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə müntəzəm işin etimadın möhkəmləndirilməsi tədbirləri ilə eyni zamanda aparılmasını vacib hesab edir.

“Həmçinin, sərhəd zonasına KTMT missiyasının yerləşdirilməsinin tərəfdarıyıq. Burada top Yerevandadır. Təşkilatın üzvü olan bütün digər ölkələr buna hazır olduqlarını bildiriblər”, deyə diplomat qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button