Dünya

Qadın vəkil parlamentdə körpəsini əmizdirdi – FOTO

Avstraliya parlamentində qeyri-adi hadisə baş verib.

AzToday.Az xarici mətbuata istinadən xəbər verir ki, Yaşıllar partiyasının üzvü olan senator Larissa Uaters plenar iclasda 2 aylıq körpəsi ilə iştirak edib.

Səsvermə vaxtı parlamentdə qızı Alia Joyu əmizdirən Uaters bir ilkə imza atıb. Senator körpəsini əmizdirərkən çəkilən şəklini də sosial şəbəkədə paylaşıb.

Nümayəndələr palatasında keçirilən bir dəyişikliklə 2016-cı ildə parlamentdə uşaq əmizdirməyə izn verilsə də indiyə qədər heç bir siyasətçi bu hüquqdan istifadə etməmişdi.

Bənzər yazılar

Back to top button