Dünya

İraqda növbəti terakt: 1 ölü, 21 yaralı

İraqın Diyala ərazisində bazarda terror hücumu həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bombalı hücum nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

Partlayışın şiddəti ilə ətrafda yerləşən iş yerlərinə zərər dəyib, mağazaların şüşələri qırılb.

Hücum kamikadze tərəfindən yox, əraziyə əvvəlcədən yerləşdirilən bomba vasitəsilə törədilib. Teraktda İŞİD-in əli olduğu təxmin edilir.

Bənzər yazılar

Back to top button