Hadisə

Saatlıda 21 işçi tarlada zəhərləndi

Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.

AzToday.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sımada kəndi ərazisində qeydə alınıb.

Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə “Formula 5-FEC” kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.

Bənzər yazılar

Back to top button