İdman

Ançelottidən Ronaldo açıqlaması

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın sabiq futbolçusu Kriştiano Ronaldonun transfer ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə Tvitter səhifəsində yazıb: “Ronaldo “Real”ın əfsanəsidir, onu çox sevirəm. Ancaq heç vaxt Ronaldonun geri dönüşünü planlaşdırmamışam. Biz ancaq irəli baxırıq”.

Qeyd edək ki, hazırda “Yuventus”da çıxış edən Ronaldo 2013-2015-ci illərdə Karlo Ançelottinin rəhbərliyi altında “Real”da çıxış edib. 36 yaşlı futbolçunun “Real” karyerası 2009-2018-ci illəri əhatə edir.

Bənzər yazılar

Back to top button