Manşet

Akif Çovdarov: “Həbs olunmamışdan əvvəl özümü öldürmək istədim”

Bu gün Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov son sözlə çıxış edib.

AzToday.az-ın məlumatına görə, A.Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, ittihamların qərəzli olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: ”Həbs olunmamışdan əvvəl özümü öldürmək istədim. Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deməyə başlayıb.

A. Çovdarov nitqində təqsirsiz olduğunu deyib.

Daha sonra proses qapalı elan olunub, zərərçəkənlər zaldan çıxarılıb.

Bənzər yazılar

Back to top button